İbrahimoviç və Lukakunun cəzası açıqlandı
- 29 Yan 2021 19:30
- 647
İtaliya kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “İnter” - “Milan” matçındakı (2:1) qalmaqalla diqqət mərkəzinə düşən futbolçuların cəzası müəyyənləşib.
Rekord.az xəbər verir ki, "Milan"dan Zlatan İbrahimoviç, "İnter"dən isə Romelu Lukaku 1 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, ilk hissəsin sonlarında “Milan”ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, lakin insident əlbəyəxa davaya çevrilməyib.
Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.