“Los Anceles Qelaksi”nin futbolçusu Zlatan İbrahimoviç yenidən A seriyasında çıxış edə bilər. 

 

 

Rekord.az xəbər verir ki, Zlatanın karyerasını “İnter”də davam etdirmək variantı yaranıb.

 

 

Onun MLS klubu ilə müqaviləsi qışda başa çatır. İsveçli futbolçu yeni macəra barədə düşünür. Məlumata görə, hücumçunun agenti Mino Rayola onun xidmətini “İnter”ə təklif edib. "İbra" İtaliyada “İnter”, “Milan” və “Yuventus”un şərəfini qoruyub.

 

O, son vaxtlar bir neçə dəfə A seriyasına qayıtmaq arzusunu dilə gətirib. ABŞ-da uğurla çıxış edən İbrahimoviç MLS-də keçirdiyi 56 oyunda 52 qol vurub.