İbrahimoviçdən yeni xəbər
- 16 Mar 2021 12:21
- 640
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç "Mançester Yunayted"ə qarşı Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında oynaya biləcək.
Rekord.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. 39 yaşlı oyunçu fevralın 28-də İtaliya çempionatının 24-cü turunda keçirilən "Roma" ilə görüşdə (2:1) zədələndikdən bəri oynamayıb.
Zlatanın "qırmızı şeytanlar"a qarşı cavab oyununa ehtiyatda başlayacağı və ikinci hissədə meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, "Milan" - "Mançester Yunayted" matçı martın 18-i keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, İbrahimoviç bu mövsüm 21 oyuna çıxıb və 16 qol vurub.