“Milan”ın hücumçusu Zlatan İbrahimoviç və müdafiəçisi Leonardo Duarte yenidən koronavirus testindən keçib.

Rekord.az xəbər verir ki, hər iki oyunçunun testi müsbət nəticələnib.

Duarte sentyabrın 23-də, İbrahimoviç isə bir gün sonra koronavirusa yoluxub. Futbolçular tam sağalmadığı üçün A Seriyasının 4-cü turunda "İnter"lə matçda iştirakları sual altındadır.

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "İnter" - "Milan" matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.