
İcra başçısı bu bölgə komandasına sponsor axtarır
- 24 Fev 2025 15:00
- 161
Şəmkir Rayonun İcra Hakimiyyətində yerli komandanın futbolçuları ilə görüş keçirilib.
Rekord.az xəbər verir ki, görüşdə məqsəd komandaya sponsorun cəlb olunması ilə bağlıdır.
İcra başçısı bu məsələdə komandaya kömək göstərəcəyinə dair söz verib. Belə ki, başçı yerli işadamları ilə əlaqə yaradıb onları "Şəmkir"ə yönləndirəcək. Onlardan xahiş olunacaq ki, hərəsi komandanın müəyyən xərclərini qarşılasın. Kimsə komandanı bütünlüklə himayəsinə götürmək istəsə, ona bu yöndə bütün şərait yaradılacaq.