Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovla görüşüb.

Rekord.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində görüş zamanı Lənkəran şəhərində gənclər və idman sahəsində həyata keçirilən tədbirlərdən söz açılıb, perspektivdə duran məsələlər müzakirə edilib.

İcra başçısı Taleh Qaraşov Teymur Babazadəni təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Teymur Babazadə Gənclər və İdman naziri cənab Fərid Qayıbovun müvafiq əmri ilə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, bundan əvvəl Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışmışdır.