Lerikin icra başçısı yerli iş adamlarını bir araya yığacaq.

Rekord.az xəbər verir ki, görüş Futbolun İnkişaf Fondunun (FİF) xahişi ilə baş tutacaq.

Sözügedən qurum "Lerik"in yaşaması üçün icra başçısından belə addım atmasını xahiş edib. Başçı da bununla bağlı tapşırıq verib. Yığıncaqda iş adamlarında  mövsümün sonuna qədər imkan daxilində komandaya maliyyə yardımı etmələri xahiş olunacaq.