İcra başçısı "Şəmkir"in "Region Liqası"nda iştirakına icazə vermədi?
- 08 Sen 2020 15:00
- 843
Premyer Liqada yeni mövsümə avqustun 21-də start verildi. I Divizion mənsubları bunun üçün sentyabrın 20-ni gözləyir. Region Liqasında isə növbəti «futbol ili» oktyabra qalıb. AFFA artıq bununla bağlı ötənilki yarışmaya qatılmış komandaları şifahi formada məlumatlandırıb. Çempionatda iştirak etmək istəyən kollektlivlərdən sənəd qəbulu hələ başlamayıb. Ancaq gözlənilən budur ki, bir neçə komanda mübarizəyə qoşulmayacaq. O cümlədən, «Şəmkir».
Rekord.az xəbər verir ki, rayonun icra başçısı Alimpaşa Məmmədov 2 ildir fəaliyyətini dayandıran klubun bərpasına icazə verməyib.
Məmmədov güclü sponsor və uzunmüddətli strateji plan olmadan «Şəmkir»i həyata quytarmayacağını bildirib. (sportinfo.az)