İcra başçısı yeni komandaya dəstək olacağına söz verib
- 28 Avq 2024 17:00
- 272
Yeni mövsümdən II Liqada mübarizə apacaq "Şimal" klubu ev oyunlarını doğma Xaçmazda keçirə bilməyəcək.
Rekord.az xəbər verir ki, sözügedən rayonda normal stadion olmadığı üçün "Şimal" ev oyunlarını Siyəzəndə keçirəcək.
Komandaya AFFA-nın xətti ilə dövlət tərəfindən illik 50 min manat ayrılacaq. Bundan başqa, əldə etdiyimiz məlumata görə, komanda rəhbərliyi Xaçmaz rayon icra hakimiyyətində də olublar və onlara icra başçısı tərəfindən də dəstək olunacağına dair söz verilib.