Ötən gün Gəncə stadionunun bərbad durumu haqda məlumat vermişdik. Hətta "Kəpəz" in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev saytımıza açıqlamasında arenanın onların yox, şəhər idman idarəsinin balansında olduğunu bildirərək, dolayısı ilə sualı cavabının həmin qurumda olduğuna işarə vermişdi.
Təəssüf ki, Gəncə idman idarəsi ilə əlaqə cəhdlərimiz boşa çıxdı.

Lakin etibarlı mənbədən Rekord.az-a daxil olan məlumata görə, məsələ iki dəfə şəhər rəhbərliyi qarşısında qaldırılıb.

Lakin hər iki halda bildirilib ki, stadionun təmiri üçün icra hakimiyyətinin balansında əlavə vəsait yoxdur.