Xəbər verdiyimiz kimi, "Turan Tovuz" bu yaxınlarda mövsümlük biletlərinin satışı ilə bağlı məlumat paylaşdı. Qeyd olunurdu ki, 59 manat ödəyən istənilən şəxs mövsüm boyu klubun ev oyunlarını izləyə bilər.

Rekord.az-a daxil olan məlumata görə, bu məsələnin həllini Tovuzun icra hakimiyyəti öz üzərinə götürüb.

Belə ki, rayon rəhbərliyi abunəlik biletləri məcburi şəkildə rayonun idarə və müəssisələrində satdırmq niyyətindədir. Məktəblər də bura daxildi. Saytımıza daxil olan məlumata görə, hətta hər məktəbin qarşısında müəyyən tövsiyyələr qoyulacq.