Şabran rayon Gənclər və İdman İdarəsində 27-30 aprel Türkiyənin Antalya şəhərində (U17) yeniyetmə qızlar arasında keçirilmiş sərbəst güləş idman növü üzrə beynəlxalq turnirdə 3-cü yeri qazanan Səadət Quliyeva və onun valideyni ilə görüş keçirilmişdir.

Rekord.az xəbər verir ki, görüş zamanı idarənin rəisi Süleyman Əliməmmədov idmançını və onun valideynini təbrik etmiş və bildirmişdir ki, sərbəst güləş idman növü üzrə qadınlar arasında rayon üzrə ilk yüksək nailiyyət hesab olunur. Sonda isə idmançıya gələcək yarışlarda daha böyük uğurlar arzulamışdır.

Qeyd edək ki, milli komandanın üzvü Şabran rayon Gənclər və İdman İdarəsinin nəzdində faəliyyət göstərən UGİM-in yetirməsi Səadət Quliyeva 42 kq çəkidə 3 cü yerə layiq görülüb və Avropa birinciliyinə vəsiqəni təmin etmişdir.

Sonda idmançı ilə xatirə şəkli çəkdirilib.