Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Yusifov və idarə əməkdaşları Hacıqabul rayonunda MMA İdman növü üzrə məşq prosesində iştirak etmiş və futbol, voleybol, basketbol meydançaları ilə yaxından tanış olmuşlar.

Rekord.az xəbər verir ki, əvvəlcə , Hacıqabul şəhərinin mərkəzində fəaliyyət göstərən MMA idman klubuna baş çəkmiş, burada məşqçi-müəllim Elşən Allahverdiyev və idmançılarla görüşmüş, məşq şəraiti ilə tanış olmuşdur.

Sonra Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Yusifov sahibkar Tamerlan Piriyevə məxsus futbol, voleybol, basketbol meydançaları ilə tanış olmuş və gələcəkdə keçiləcək yarışlar barədə fikir mübadiləsi aparılmışdı.

Sonda idmançılarla xatirə şəkli çəkilmişdir.