Yevlax Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli yunan-Roma güləşi üzrə yeniyetmələr arasında (U-17) keçirilən Azərbaycan çempionatında III yerin sahibi olan UGİM-in idmançısı Eşqin Mədətli ilə görüşüb.

Rekord.az-a Yevlax Rayon Gənclər və İdman idarəsindən verilən məlumata görə, səmimi söhbət əsnasında rəis R. Bəhmənli E. Mədətliyə hədiyyə təqdim edərək əldə etdiyi qələbəyə görə təbrik edib.

Görüşdə, həmçinin UGİM-in direktoru Rəşad Yusifov, yunan-Roma bölməsinin məşqçisi-müəllimi Babək Bəkirov, məşqçi-müəllimi Bəkir Bəkirov da iştirak edib. Sonda xatirə şəkli çəkilib.