Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi İntiqam Hüseynov Samux rayonuna səfər edib.

Rekord.az xəbər verir ki, səfər zamanı ilk öncə şəhidlərin əziz xatirəsinə ucaldılan Memorial Xatirə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra rayonun “Bəhrə”ağır atletika İdman Klubu, Sərkar kəndində əhalinin fiziki aktivliyini təmin etmək məqsədilə yeni istifadəyə verilmiş açıq havada quraşdırılmış idman qurğuları, Samux Kikboksinq Klubunun idman zallarında idmançılar üçün yaradılmış şəraitlə tanış olub. İ. Hüseynov burada mövcud olan şəraitlə, maddi-texniki baza ilə maraqlanıb, öz tapşırıq və tövsiyələrini verib.Rayon Gənclər və İdman sektorunun yerləşdiyi inzibati binaya baxış keçirilmiş əməkdaşlarla söhbət aparmışdır.