![photo](https://www.rekord.az/images/default.png)
İdarə rəisi Vilyənd kəndində azyaşlı futbolçularla görüşüb
- 24 İyl 2023 14:45
- 263
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Lənkəran rayonunun Viyən kənd sakinlərinin dəvəti ilə kənd ərazisində yerləşən futbol meydançasında uşaqların təlim-məşq toplanışı ilə tanış olub və onlara mənəvi cəhətdən dəstək verib.
Rekord.az xəbər verir ki, görüşdə idarə rəisi Teymur Babazadə uşaq və yeniyetmələrə idmanın inkişafına dövlət dəstəyindən, idmanın əhəmiyyətindən danışıb və onlara futbolçulara uğurlar arzulayıb
Yeniyetmə futbolçuları maraqlandıran suallar cavablandırıb. Görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun əməkdaşı Yusif Xamiyev, məşqçi müəllimlər, kəndin icra nümayəndəsi, bələdiyyəsi və məktəb direktoru iştirak edib.