Lənkaran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadənin Yardımlı rayonun mərkəzində yerləşən Sahil stadionunda və Yardımlı Olimpiya İdman Kompleksində olub və yaradılmış şəraitlə maraqlanıb.

Rekord.az xəbər verir ki, kompleksdə təlim –məşq toplanışında olan Şotakan karate idman növü üzrə yığma komandanın məşq prosesini izləyib, o, cümlədən kompleksdə fəaliyyət göstərən idman qruplarının fəaliyyəti ilə yaxından tanış olub.

İdarə rəisi idman qurğuların gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib və bununla bağlı müvafiq tövsiyələr verib.

Görüşdə idarənin idman sektorunun əməkdaşı Yusif Xamiyev, Yardımlı rayonu üzrə sektor müdiri Şəhriyar Şabiyev iştirak edib.