Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov Zaqatala rayonunda olmuşdur.

Rekord.az xəbər verir ki, ilk öncə Zaqatala rayonu üzrə gənclər və idman sektorunun, Uşaq Gənclər İdman Məktəbinin, Olimpiya İdman Kompleksinin əməkdaşları ilə birgə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra sektorun yerləşdiyi binanın şəraiti və fəaliyyəti ilə tanışlıq olub, əməkdaşlarla görüş keçirilib.

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov Olimpiya İdman Kompleksində idman ictimaiyyəti, Tələbə Gənclər Təşkilatının sədri, gənclər, Olimpiya Kompleksinin rəhbərliyi, Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri ilə görüş keçirmişdir. Görüşdə geniş müzakirələr aparılıb, gənclərin və məşqçi-müəllimlərin qarşılaşdıqları problemlər və təklifləri dinlənilib, gələcəkdə qarşıda duran vəzifələr haqqında danışılıb. Sonda Olimpiya İdman Kompleksinə baxış keçirilib, mövcud vəziyyətlə tanışlıq olub.