“Barselona” nın idman direktoru Ramon Planes yaxın zamanda vəzifəsindən ayrılacaq.

Rekord.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Xəbərdə klub rəhbərliyinin Planesin işindən narazı olduğu və onunla yolları ayıracağı bildirilib.

“Barselona”nın baş məşqçisi Xavi bu posta sabiq komanda yoldaşı Karles Puyolun gətirilməsini istəyir. Puyol da razılıq verəcəyi halda, klubun yeni idman direktoru o olacaq.