Mingəçevir Futbol Klubunun İdman Direktoru Zaur Qarayevin Açıqlaması

Son günlərdə "Mingəçevir" ətrafında bəzi söz-söhbətlər yayılıb, konandadaxili problemlərin yaşandığı deyilir. "Rekord.az" məsələ ilə bağlı I Liqa təmsilçisi ilə əlaqə saxlayıb. Klubun idman direktoru Zaur Qarayev hazırda komandada heç bir problemin yaşanmağını bildirib: 


"Son vaxtlar klubumuzla bağlı reallığı əks etdirməyən müxtəlif fikirlər yayılır. Açıq şəkildə bildiririk ki, bu məlumatların heç bir əsası yoxdur və yalnız komandanın işinə kölgə salmaq məqsədi daşıyır.


Mingəçevir FK olaraq, qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün ardıcıl və sistemli şəkildə çalışırıq. Baş məşqçimiz Fizuli müəllimə tam güvənirik və onun rəhbərliyi altında komandanın uğurlu çıxış edəcəyinə əminik. Azarkeşlərimizdən yalan informasiyalara inanmaq əvəzinə, komandamıza dəstək olmalarını istəyirik."