Fevralın 27-də Azərbaycan Şahmat Federasiyası və Azərbaycan İdman Jurnalistləri Federasiyası  “5 mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunan idman jurnalistləri arasında şahmat yarışı təşkil edəcək.

 “İdman birləşdirir” şüarı ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq.

Yarışın reqlamentinə əsasən hər oyuna 5 dəqiqə vaxt ayrılacaq və hər gediş üçün 3 saniyə əlavə olunacaq.

9 turdan sonra qaydalara uyğun olaraq ilk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və  qiymətli hədiyyələr təqdim olunacaq.

Şahmat turniri  doğma çay - “Azərçay”, P&G və Cinema Plus şirkətlərinin dəstəyi ilə keçiriləcək.