“İdman TV” də açıqlama yaydı
- 24 Avq 2023 23:33
- 443
“İdman TV” “Qarabağ”ın Sloveniyada yerli “Olimpiya”ya qarşı keçirdiyi Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun yayımlanmamasının səbəbini açıqlayıb.
Rekord.az xəbər verir ki, kanal feysbuk səhifəsi vasitəsilə paylaşım edib.
Bildirilib ki, matçın yayımlanmaması texniki problemlə əlaqədardır: “Əziz izləyicilər, texniki xəta səbəbilə “Olimpiya” – “Qarabağ” görüşünü yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxıb. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”
İkinci hissəsi davam edən oyunda “Qarabağ” 2:0 hesabı ilə öndədir.