25 yaşlı Supercars pilotu Reni Qreysi yarışlardan yüksək gəlir əldə edə bilmədiyi üçün başqa yollara əl atıb. 

 

Rekord.az xəbər verir ki, avstraliyalı idmançı karyerasını bitirərək porno aktrisa olmaq qərarına gəlib. 

 

O, yüksək məbləğ qarşılığında porno filmə çəkilib və bundan məmnun olduğunu dilə gətirib. 

 

"Xəyal edə bilməyəcəyim dərəcədə maddi rahatlıq yaşayıram. Bu qərarıma görə heç peşman deyiləm. Pilot olduğum vaxtlarda çox az qazanırdım, heç istirahətə getmək üçün belə pulum olmurdu", deyə Reni yaşadıqlarından bəhs edib.