"İdmanla məşğul ol, sağlam yaşa"
- 30 Mar 2023 18:00
- 408
Ötən gün Şəhər M.Füzuli adına Mədəniyyət və İstirahət parkında "İdmanla məşğul ol, sağlam yaşa" devizi altında kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə müxtəlif idman növlərindən ibarət nümunəvi çıxışlar və ustad dərsləri keçirilib.
Bundan başqa, tədbirdə "turnikdə dartınma", "paralel qollar", "jim" üzrə müxtəlif yarışmalar və digər əyləncəli oyunlar keçirildi. Yarışlarda müxtəlif yaş qruplarından olan şəhər sakinləri, xüsəndə yeniyetmə və gənclər fəal iştirak edib. Qaliblərə Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.