II Liqada mübarizə aparacaq "Şəki" bu ay hazırlıqlara start verəcək.

Bu haqda məlumatı Rekord.az-a komandanın prezidenti Elgün Hüseynov verib.

Onun sözlərinəı görə, "Şəki" iyulun 15-də Şəkidə məşqlərə başlayacaq. Hazırlıq bütünlüklə Şəkidə olacaq. Təlim-məşq toplanışı çərçivəsində transfer çalışmaları da davam etdiriləcək.