II Liqa klublarının cəzası açıqlandı
- 05 Apr 2024 17:40
- 296
İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda II Liqanın 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sheki City” – “Şəmkir” oyununun 59-cu dəqiqəsində “Şəmkir” klubunun 12 nömrəli futbolçusu Novruz Rəhimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şəmkir” klubu 80 manat cərimə edilib.
“Qusar” – “Kür-Araz” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilib.
“Şəfa” – “Kürmük Qax” oyununun 41-ci dəqiqəsində “Kürmük Qax” klubunun 7 nömrəli futbolçusu Qafar Qafarov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kürmük Qax” klubu 80 manat cərimə edilib.
“Şəfa” – “Kürmük Qax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şəfa” klubu 80 manat cərimə edilib.
“Baku Sportinq” – “Füzuli” oyununda “Füzuli” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə “Füzuli” klubu 100 manat cərimə edilib.
“Ağdaş” – “Göygöl” oyununda “Ağdaş” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə “Ağdaş” klubu 100 manat cərimə edilib.