II Liqa komandaları çətin durumda
- 07 Avq 2024 13:00
- 428
II Liqada çıxış edəcək komandalar çətin vəziyyətə düşüb.
Rekord.az xəbər verir ki, illik 50 min manat onsuz da az idi.
Üstəlik, benzinin qiymətindəki son artım, paralel olaraq nəqliyyat xərclərinin artımı, komandaları daha çətin vəziyyətdə qoyub. Hətta bəzi komandaların məşqlərə nə zaman başlayacağı da məlum deyil. Bu mənada komanda rəhbərləri yaxın günlərdə AFFA rəhbərliyi ilə görüşmək istəyir. İlkin olaraq icraçı vitse-prezident Sərxan Hacıyevlə görüş planlaşdırılır.