II Liqa təmsilçisi "Hypers Quba"  Azərbaycan millisinin dabiq üzvü Araz Abdullayevin xidmətində maraqlıdır.

Rekord.az-a etibarlı mənbədən daxil olan məlumata görə, Quba təmsilçisinin rəhbərliyi hətta Abdullayevlə əlaqəyə də cəhd edib.

Hətta komandanın təcrübəli futbolçusu, vaxtı ilə Arazla çiyin-çiyinə "Neftçi"də oynamış Cavid İmamverdiyevi də bu işə qoşublar. Lakin Araz II Liqa komandasına keçidə isti baxmayıb. 

Qeyd edək ki, Abdullayev hazırda I Liqada çıxış edən "Qaradağ Lökbatan"da forma geyinir və bu komandaya da ilk növbədə Sadıq Sadıqovun istəyi ilə gəlib. Məqsədi qışa qədər forma yığıb daha güclü klublardan birinə keçməkdi.