AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda II Liqanın 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Dinamo” – “Kür-Araz” görüşündə “Dinamo” klubu oyunun ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Dinamo” – “Kür-Araz” görüşünün 81-ci dəqiqəsində “Kür-Araz” klubunun heyətində matçın rəsmi protokolunda adı olmayan 18 nömrəli futbolçu Ceyhun Quliyev oyuna daxil olduğuna görə “Kür-Araz” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, komanda 400 manat cərimə edilib.

“Ağdaş” – “Kürmük Qax” görüşündə “Kürmük Qax” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kürmük Qax” klubu 70 manat cərimə edilib.

“Ağdaş” – “Kürmük Qax” görüşünə Təcili Tibbi Yardım təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Ağdaş” klubu 100 manat cərimə edilib.

“Ağdaş” – “Kürmük Qax” görüşünün oyun öncəsi iclasında “Kürmük Qax” klubu iştirak etmədiyinə görə “Kürmük Qax” klubu 80 manat cərimə edilib.

“Ağdaş” – “Kürmük Qax” görüşü “Kürmük Qax” klubunun qapıçısının formasında qüsurlar olması səbəbindən 4 dəqiqə gec başladığına görə “Kürmük Qax” klubu 80 manat cərimə edilib.

“Lerik” – “Şəmkir” oyununda “Lerik” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” klubu 70 manat cərimə edilib.

“Lerik” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilib.

“Lerik” – “Şəmkir” oyununun 69-cu dəqiqəsində “Şəmkir” klubunun 11 nömrəli futbolçusu Elgün Namazov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Şəmkir” klubu 50 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Qusar” oyununda “Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilib.

“Şəfa” – “Cəbrayıl” oyununun 68-ci dəqiqəsində “Şəfa” klubunun 77 nömrəli futbolçusu Sahib Cümşüdov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Şəfa” klubu 200 manat cərimə edilib.

“Şəfa” – “Cəbrayıl” oyunu xərəkdaşıyanlarla tam təmin olunmadığına görə “Şəfa” klubu 80 manat cərimə edilib.

“Sheki City” – “Füzuli” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilib.

“Sheki City” – “Füzuli” oyununda “Füzuli” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilib.