
II Liqadakı bu komanda 5 min manat maaş verir
- 13:00
- 140
II Liqada münarizə aparan "Şəfa" I Liqata iddialıdır.
Rekord.az xəbər verir ki, "ASK Arena"nı da uzun müddətə icarəyə götürməyi planlaşdıran paytaxt komandası yaxın 3 ildə Premyer Liqaya yüksəlməyi düşünür.
Dubayda böyük biznesi olan bir şəxsin maliyyələşdirdiyi bu komandada futbolçulara yüksək maaş da verilir. Belə ki, "Şəfa"da ayda 5 min manat maaş alan futbolçukar var ki, bu da II Liqa bir yana, hətta I Liqanın da səviyyəsindən üstündür. Təsəvvür edin, hətta Premyer Liqadan futbolçular belə, sırf yüksək maaşa görə "Şəfa"ya üz tutub.