“Qalatasaray”ın futbolçusu Mauro İkardi “Qarabağ”la dünən Bakıda keçirilən xeyriyyə matçı haqda fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, qələbə qolunu vuran argentinalı hücumçu “instaqram” hesabındakı paylaşımında bu oyuna görə Azərbaycana təşəkkür edib:

“Zəlzələdə zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə minnətdaram”.

“Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan əldə olunacaq bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə ayrılacaq.