İki boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəldi
- 01 Sen 2022 15:45
- 532
Azərbaycanın iki boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəlib.
Rekord.az xəbər verir ki, yığma üzvlərindən Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurublar.
Qədirov Samat Jetibayevi (Qazaxıstan) 3:1 (30:26, 28:28, 29:27, 27:29, 30:26) hesabı ilə məğlub edib. O, finala gedən yolda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gələcək.
Rəhimov isə Adilet Dosimbekovu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Boksçu döyüşü 5:0 (29:28, 29:27, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. İdmançı növbəti qarşılaşmasında özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayacaq.
Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Yarışın 1/4 final mərhələsində daha 3 idmançı – Rüfət Hüseynov (51 kq), Mirşərif Kazımzadə (75 kq) və Rasim Çobanlı (75 kq) rinqə çıxacaq. Onlar müvafiq olaraq, Foziljon Abdumuradov (Özbəkistan), İliyar Aşirov (Qazaxıstan) və Dias Moljiqitovla (Qazaxıstan) qarşılaşacaq.
Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 boksçunun qatıldığı turnirdə yarımfinal döyüşləri sentyabrın 3-də olacaq.