Vergilər naziri, Azərbaycan Qılıncoynatma və Badminton federasiyalarının prezidenti Mikayıl Cabbarov yeni vəzifəyə təyin olunub.

Rekord.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib. İ.Əliyevin imzaladığı fərmanla isə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinə bunadək Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev rəhbərlik edib. Ş.Mustafayev sərəncamla baş nazirinin müavini vəzifəsinə təyin olunub.