Benjamin Çilluel (“Çelsi”) və Kiran Trippyer (“Atletiko”) İngiltərə millisinin düşərgəsini tərk edib.

Rekord.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə Çilluelin zədəli olduğu, Trippyerin isə ailəvi səbəblərdən yığmadan ayrıldığı diqqətə çatdırılıb. Hər iki cinah müdafiəçisinin UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq Danimarka ilə görüşü buraxacağı vurğulanıb.

Qeyd edək ki, İngiltərə - Danimarka matçı sabah keçiriləcək.