Mövsümün sonunda "Liverpul"dan ayrılacaq iki futbolçunun adı müəyyənləşib.

"Rekord.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçi Tiaqo Alkantara və mərkəz müdafiəçisi Joel Matipdir.

Müqaviləsi başa çatacaq hər iki oyunçunun sözləşməsi yenilənməyəcək. Klub hər iki oyunçuya göstərdiyi xidmətə görə təşəkkür edib.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Alkantara 2020-ci ildən "Liverpul"da çıxış edir. Kamerunlu Matip isə 2016-cı ildən "qırmızılar"da oynayır.