İki futbolçuda koronavirus aşkarlandı – “Trabzonspor”da
- 16 Dek 2020 12:21
- 558
“Trabzonspor”un iki futbolçusu koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə iki futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı bildirilsə də, onların adları açıqlanmayıb. Hər iki oyunçu karantinə alınıb.
Qeyd edək ki, “Trabzonspor” bu gün Türkiyə kubokunun 1/16 final mərhələsi çərçivəsində “Adana Dəmirspor”la qarşılaşacaq.