2018-ci ildən icarə əsasında “Herta”da forma geyinən Marko Qruyiç müqavilə ilə məxsus olduğu “Liverpul” klubuna qayıdacaq.


Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin idman direktoru Mixael Preets yerli mətbuata açıqlamasında deyib. 


O, 24 yaşlı yarımmüdafiəçinin iyunun 30-na qədər olan müqaviləsini yeniləməyəcəklərini və Qruyiçin “Liverpul”a qayıdacağını bildirib.


Qruyiç bu mövsüm Bundesliqada 25 oyunda 4 qol vurub. Serbiyalı futbolçunun “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.