AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasının “Lənkəran” FK – “Masallı” PFK oyununda “Lənkəran” FK komandasının futbolçusu Xalid Qasımzadə qarşılaşmanın 37-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Lənkəran”ın digər futbolçusu Əli Məcidov da qarşılaşmanın 67-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

Gənclər Liqasının “Araz Naxçıvan” PFK – “Sabah” FK oyununun 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün hesab 1:1 olarkən matç dayandırıldığına görə “Araz Naxçıvan” PFK komandasına xəbərdarlıq edilib. Matç dayandırıldığı dəqiqədən (hesab saxlanılmaqla) yenidən keçiriləcək.

Gənclər Liqasının İCBFA – “Neftçi” PFK oyununda İCBFA-nın futbolçusu Emin Qurbanov qarşılaşmanın 80-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-17 Liqasının “Universal Football Academy” – “Araz Naxçıvan” PFK oyununda “Araz Naxçıvan”ın futbolçusu Qurban Əliyev qarşılaşmanın 90+2-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Araz Naxçıvan”ın digər futbolçusu Kazım Zülfüqarlı da qarşılaşmanın 90+2-ci dəqiqəsində texniki zonadan meydana daxil olaraq hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Araz Naxçıvan”ın futbolçusu Səid Bağırzadə hakimi hədələdiyinə və hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 4 oyun cəzalandırılıb.

U-14 Liqasında keçirilməli olan “Qəbələ” İK – “Viktoriya” (Zaqatala) oyununda “Viktorya” komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə “Viktoriya”ya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

U-17 Qızlar Liqasının “Baku Sporting” FK – “Sabah” FK oyunun başlanması üçün “Baku Sporting” komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Baku Sporting” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.