
İki oyuna 11 top buraxan I Liqa klubunda köklü dəyişiklər olacaq
- 18 Apr 2025 12:00
- 192
Mövsümün sonunda "Baku Sportinq"də ciddi dəyişikliklər olacaq.
Rekord.az xəbər verir ki, söhbət heyətdəki dəyişikliklərədən gedir.
Rəhbərlik komandanın I Liqadakı son iki matçında böyük hesabla məğlub olmasından sonra bu qərara gəlib. Əksəriyyət baş məşqçi Elman Sultanovun istefaya göndəriləcəyini gözləsə də, klub rəhbərliyi əksinə, onunla müqavilənin müddətini uzadıb. Əvəzində zəif təsir bağışlayan futbolçuların göndərilməsinə qərar verilib. Onların əvəzində daha güclü futbolçular cəlb olunacaq və komanda növbəti mövsümdən Premyer Liqaya vəsiqə uğurunda mübarizə aparacaq.