“Səbail” PFK-nın ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı üçün Misli Premyer Liqasının XIV turunun  oyun cədvəlində dəyişiklik edilib.

Rekord.az xəbər verir ki, “Səbail  klubunun müraciəti əsasında  “Kəpəz” klubu PFL tərəfindən məlumatlandırılıb və  əvvəlcədən 18:30-da başlanması nəzərdə tutulan oyunun 14:00-da  başlanmasına qərar verilib.

Bundan əlavə, təşkilati məsələlərlə bağlı 16-cı turun “Zirə” - “Araz Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib.