Aprelin 5-də Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürəcək.

Rekord.az xəbər verir ki, turnirdə Azərbaycanın iki şahmatçısı - Misrətdin İsgəndərov və Vüqar Rəsulov mübarizə aparacaq.

Aprelin 12-dək davam edəcək yarışda 63 şahmatçı birincilik uğrunda yarışacaq. Turnirin reytinq favoriti yerli idmançı Şamsiddin Vohidovdur. 

Qeyd edək ki, ümumilikdə memorialda 11 ölkədən şahmatçılar iştirak edəcək.