Bu gün Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmə şahmatçılar arasında rapid və blits üzrə dünya birinciliyinə start veriləcək.

Rekord.az xəbər verir ki, Azərbaycan yarışda iki idmançı ilə təmsil olunur.

Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaq.

İsveçrə sistemiylə təşkil edilən turnir 9 turdan ibarət olacaq. Yarış avqustun 8-də yekunlaşacaq