"Sabah"la ölkə kubokunun ilk yarımfinal matçında zədələnən "Neftçi"nin  yaponiyalı futbolçusu Rinosuke Ohorinin son durumu məlum olub.

Rekord.az xəbər verir ki, dabanında əzilmə aşkarlanan futbolçu ən azı 2 həftə müalicə olunmalıdır.

Bu isə o deməkdir ki, Ohori 30-cu turda "Zirə"yə, 31-ci turda isə "Qarabağ"a qarşı oyunlarda "Neftçi"yə kömək edə bilməyəcək.