Azərbaycan Basketbol Liqasında ikinci finalçı bəlli olub.


Rekord.az xəbər verir ki, "Neftçi" həlledici raunda vəsiqə qazanıb.


"Ağ-qaralar" yarımfinal mərhələsinin ikinci oyununda "Abşeron"u məğlub edib - 81:72. Komanda ilk matçda da qalib gəlmişdi.


"Neftçi" finalda "Sabah"la üz-üzə gələcək.