İkiqat Olimpiya çempionu vəfat etdi
- 31 May 2023 16:42
- 390
Kubanın qadın voleybolçulardan ibarət millisinin sabiq oyunçusu Raisa OFarrill vəfat edib. "Rekord.az" xəbər verir ki, Kuba yığmasının əfsanəvi oyunçularından olan Ofarrill uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, dünən 51 yaşında rəhmətə gedib.
Ötən əsrin 90-cı illərinin tanınmış voleybol simalarından olan Raisa OFarrill Kuba millisi ilə iki dəfə Olimpiya, bir dəfə dünya çempionu olub, bir dəfə də Ümumdünya kubokunda birincilik qazanıb. O, həmçinin yığma komandasının heyətində bir çox beynəlxalq yarışlarda müxtəlif medallar qazanıb.
2000-ci ildə professional karyerasını başa vuran Raisa OFarrill ölkəsində uşaq voleybolu məşqçisi kimi fəaliyyət göstərib.