İkisi darmadağınla, biri penaltilərlə
- 17 Sen 2020 00:54
- 574
Bu gün futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, bir matçdan ibarət tamaşaçısız keçirilən mərhələnin ilk oyun günündə üç qarşılaşma baş tutub.
Lüksemburqda yerli “Proqress” “Villem II” klubunu qəbul edib. Niderland təmsilçisi darmadağınla növbəti mərhələyə yüksəlib. “Hammarbü” öz meydanında “Lex”lə görüşüb. Bu qarşılaşmada da qonaqlar darmadağınla mərhələ adlayıblar. Günə Farer adalarında yekun vurulub. B-36 TNS-i sınağa çəkib. Bu görüşün taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq oynayan meydan sahibləri 3-cü təsnifat mərhələsinə vəsiqəni təmin ediblər.
Qeyd edək ki, mərhələnin digər matçları sentyabrın 17-də baş tutacaq.
Avropa Liqası
2-ci təsnifat mərhələsi
16 sentyabr
“Proqress” (Lüksemburq) – “Villem II” (Niderland) 0:5
Qol: Pavlidis, 19; 34. Sağlam, 28. Nunneli, 46. Ndayişimiye, 65.
“Hammarbü” (İsveç) – “Lex” (Polşa) 0:3
Qol: Tiba, 55. Kaminski, 89. Marçvinski, 90+3.
B-36 (Farer adaları) – TNS (Uels) 2:2 (penaltilər 5:4)
Qol: Pşibilski, 47. Radosavlyeviç, 120+2 – Smit, 81. Ebbe, 112.