Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İqor Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Rekord.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Ponomaryov “Şöhrət” ordeni ilə təltif edilib.

Vaxtilə Azərbaycan milli komandasında da baş məşqçi kimi çalışan Ponomaryovun bu gün 60 yaşı tamam olur.

Ponomaryov hazırda “Sabah” klubunun Müşahidə Şurasının üzvüdür.