Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Rekord.az xəbər verir ki, o, bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb.

Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub.

Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, sentyabrın 2-si Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanmışdı. Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla ümumilikdə 6 medalla Avropa çempionatını tamamlayıb.