2023/24 mövsümü üçün İngiltərə millisinin ən yaxşı futbolçusu bəlli olub.

Rekord.az xəbər verir ki, mükafat “Çelsi”nin yarımmüdafiəçisi Kol Palmerə verilib.

Beləliklə o, ilin ən yaxşı ingiltərəli futbolçusu seçilib.

Palmer ötən mövsüm 48 oyuna çıxaraq 27 qol vurub və 15 qolun ötürməsini edib, AÇ-2024-də isə 5 oyuna çıxaraq 1 qol və 1 assistlə yadda qalıb.