İlin ilk qran-prisi üçün 16 cüdoçu
- 03 Yan 2023 17:30
- 557
Yanvarın 27-29-da Portuqaliyanın Almada şəhərində cüdo üzrə ilin ilk qran-pri turniri keçiriləcək.
Rekord.az xəbər verir ki, yarışda Azərbaycan cüdoçuları da çıxış edəcəklər.
Məşqçilər heyəti turnir üçün 16 (9 kişi, 7 qadın) idmançı sifariş edib:
Kişilər: Turan Bayramov, Nazir Talıbov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Qələndərzadə, Nurlan Osmanov (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Camal Qamzatxanov (+100 kq).
Qadınlar: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq).